Rus polisi Seymur Nəbizadəni həbs etdi - Video

rus-polisi-seymur-nebizadeni-hebs-etdi-video
Oxunma sayı: 678

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Moskvada toyda tapançadan atəş açan Seymur Nəbizadə “Xuliqanlıq” maddəsi ilə ittiham olunub.

Moskva polisinin bildirdiyinə görə, noyabrın 12-də 18 yaşlı Azərbaycan vətəndaşı ictimai asayişi kobud şəkildə pozaraq, qəbul olunan ümumi davranış qaydalarına məhəl qoymayaraq və insanların həyat və sağlamlıqlarını təhlükə altına atmaqla travmatik tapançadan 5 dəfə atəş açıb. Bu maddə üzrə ittiham olunanları isə 5 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.

İnsidentdə adı hallanan toyun digər 10 iştirakçıları isə 15 sutka həbs və 500 rubl cərimə ilə cəzalandırılıblar.

Qeyd edək ki, hadisə ilə bağlı polisə zəng vuran şəxslər 20-yə yaxın avtomobilin başda limuzin olmaqla Miçurin prospektində hərəkət etdiyini, limuzindəki şəxsin atəş açdığını və kortejdəki digər avtomobillərdə isə bayraqların dalğalandırıldığını bildirmişdilər.

Xatırladaq ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus olan “Safisa” şadlıq sarayında keçirilən toy mərasimi də azərbaycanlıların olub. Şəmkir rayonundan olan sakinlərin toy mərasimində baş verən insident polis tərəfindən araşdırılır.