Rus qadın evində ölü tapıldı

rus-qadin-evinde-olu-tapildi
Oxunma sayı: 1456

Bakıda bu gün gecə saatlarında ölüm hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib.
1940-ci il təvəllüdlü Məmmədova Anna Andreyevnanın mənzilində bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Xilasedicilər hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və M.Annanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Murad Əhməd