Kiyevdən 25 kilometr məsafədə Rusiya hərbçilərinin böyük karvanı yerləşdirilib.
“Qafqazinfo” Zn.ua-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunur ki, hazırda karvan Kiyevə doğru hərəkət etmir. Söhbət bir neçə kilometr uzunluğunda olan karvandan gedir. Ukraynanın hücumları və körpülərdən birinin partlaması karvanın hərəkətini ləngidib.
Həmçinin rus qoşunları ölkənin şimalında Çerniqov və Xarkov yaxınlığında yerləşib, cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır və Odessaya gözlənilən hücum əlamətləri hələ də müşahidə edilməyib.
Son xəbərlər
Son Xəbərlər