Rus şair xəstəxanalıq oldu

rus-sair-xestexanaliq-oldu
Oxunma sayı: 754

Rusiyalı şair Yevgeni Yevtuşenko ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə 83 yaşlı yazıçının həyat yoldaşı Mariya Novikova məlumat verib.  

“Yevgeni Aleksandroviç xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Bu haqda hələ ki, ətraflı məlumat verə bilmərəm. Sadəcə deyə bilərəm ki, bu, planlaşdırılmış bir müayinə deyil”, - deyə M. Novikova söyləyib. 

Qeyd edək ki, Y. Yevtuşenkonun ilk şeiri 1949-cu ildə çap olunub. O, 1991-ci ildən Amerikada yaşayır.