Rusiya Federasiya Şurasının üzvü, Sankt-Peterburq Qanunvericilik Assambleyasının keçmiş rəhbəri Vadim Tyulpanov dünyasını dəyişib.
“Qafqazinfo” “Tass.ru”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının millət vəkili Sergey Boyarskiy bildirib.
İlkin məlumatlara görə, 52 yaşlı siyasətçi bədbəxt hadisə nəticəsində vəfat edib. Bu barədə “Lenta.ru”ya Rusiya İstintaq Komitəsinin nümayəndəsi məlumat verib.
Mənbənin sözlərinə görə, sağlamlıq mərkəzlərindən birində dinclən V. Tyulpanov yıxılıb və aldığı travmadan hadisə yerindəcə keçinib.
Son xəbərlər
Son Xəbərlər