Rus tarixçidən “erməni soyqırımı” açıqlaması

rus-tarixciden-ermeni-soyqirimi-aciqlamasi
Oxunma sayı: 3052

Rus tarixçi prof. dr. Oleq Kuznetsov 1915-ci il hadisələri ilə bağlı iddiaların uydurma olduğunu bildirib. 

“Qafqazinfo” xəbər verir ki, tarixçinin sözlərinə görə, “ermənilər bu təbliğat termininin (soyqırımı) tarixi və hüquqi sənədlərlə doğruluğunun mümkün olmadığını bilirlər”.

Birinci Dünya müharibəsinə qatılan ölkələrdə ordunun təhlükəsizliyi üçün müxtəlif tədbirlərin görüldüyünü və almanlarla yəhudilərin Rusiya İmperiyası sərhədlərində sürgün edildiklərini ifadə edən Kuznetsov “Bunların hamısı düşmənin tərəfini tutmasının qarşısını almaq üçün edildi. Düşmənin və ordunun təhlükəsizliyini təmin etmək... Bu, hərbi siyasətin bir hissəsidir,- deyə bildirib. 

Erməni dəstələrinin bu dövrdə Osmanlı İmperiyasına qarşı azğınlıq fəaliyyətini davam etdirdiyini xatırladan Kuznetsov sözlərinə belə davam edib:

“Təbii ki, ermənilər müharibə xəttindən uzaq bölgələrə göndərildi. Ermənilərin çoxu Şimali İraqa və bugünkü Livan bölgəsinə göndərildi. Buna görə də 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı edilən hərəkətlərin fövqəladə olduğunu söyləmək xəyaldır. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi 1962-ci ildə qondarma soyqırımın 50-ci ildönümünü qeyd etmək barədə qərar qəbul etdi. Bu andan etibarən “erməni soyqırımı”nın təbliğatı başladı. Bu fikir Sovet Sosialist Respublikaları İttifaqının məhsuludur. Belə ki, daha sonra SSRİ Ali Komitəsi tərəfindən təsdiqləndi”.

Rusiya Dövlət Dumasının 1996-cı ildə “erməni soyqırımı” iddialarını qəbul etdiyini xatırladan Kuznetsov,bu qərarın o dövrün tələblərinə uyğun olaraq qəbul edildiyini vurğulayıb:

“Ermənistan dövlətinin mahiyyəti terrorizmdir. Ermənilər terroru dövlət siyasətinə daşıyırdılar. Ermənilərin ölkələrindəki siyasi partiyalar arasındakı fikir ayrılıqlarını həll etmək üçün başqa bir yolu yox idi”.