Rusiyaya məxsus A321 sərnişin təyyarəsində baş verən terror aktı İŞİD terror təşkilatı ilə əlaqəsi olan türk döyüşçüləri tərəfindən planlaşdırıla bilər.
“Qafqazinfo”xəbər verir ki, “Kommersant” xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən yazır ki, təyyarədə baş verən partlayış ərəb ölkələri, həmçinin Misirdə fəaliyyət göstərən, türk terror qruplaşması olan “Boz qurdlar” tərəfindən törədilib.
Qruplaşmanın liderlərindən biri isə Alparslan Çelikdir. O,Türkiyə tərəfindən vurulan Su-24 rus təyyarəsinin pilotunun öldürülməsi ilə bağlı məsuliyyəti də öz üzərinə götürmüşdü.
Xatırladaq ki, daha əvvəl mətbuatda rus və misirli xüsusi xidmət orqanlarının terrorçuların kimliyini müəyyənləşdirdiklərinə dair məlumat verilmişdi. Məlumatda terrorçunun Misir hava limanının işçisi olduğu göstərilmişdi. Lakin tərəflər xəbəri təkzib etmişdilər.
Son xəbərlər
Son Xəbərlər