Banqkokun Suvannaphum hava limanında dördüncü mərtəbədən yerə yıxılan rus turist ölüb.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin müdiri Vladimir Pronin bildirib.
Diplomatın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları adı açıqlanmayan 44 yaşlı kişinin intihar etdiyini ehtimal edirlər.
Hadisənin digər motivləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər