Rus vertolyotu Suriyada qəzaya düşdü - 2 nəfər öldü

rus-vertolyotu-suriyada-qezaya-dusdu
Oxunma sayı: 1143

Suriyada Rusiyaya aid Mi-28H vertolyotu qəzaya düşüb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, hücum vertolyotunun qəzaya düşməsi nəticəsində iki nəfər ekipaj üzvü ölüb. Ölkənin Müdafiə Nazirliyi vertolyotun vurulmadığını açıqlayıb.Qəzanın baş vermə səbəbləri araşdırılır. 

Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində pilotların meyitləri tapılıb və evakuasiya edilərək Hmeymin hərbi bazasına aparılıb.