“Rus xalqı layiq olduğunu alacaq”- Proqnoz

rus-xalqi-layiq-oldugunu-alacaq-proqnoz
Oxunma sayı: 639

Vaşadze BBC-nin Rusiya bürosuna müsahibəsində qonşu dövlətin siyasətinin gələcəkdə daha loyal olacağına ümid etdiyini bildirib. Rusiyadakı prosesləri həm XİN rəhbəri, həm də uzun müddət bu ölkədə yaşamış adam kimi analiz etdiyini deyən diplomat qeyd edib ki, rus xalqı nəticə etibari ilə layiq olduğunu alacaq.

“Bu, demokratiya, insan haqlarına hörmət, korrupsiyanın aradan qaldırılması və normal, ədalətli seçkilərin keçirilməsidir. Bu baş versə, Rusiyanın xarici siyasəti aqressiv və imperialist olmayacaq, əksinə normal qonşuluq xarakteri daşıyacaq”, - deyə Vaşadze vurğulayıb.