Rus yazıçı Eduard Limonov vəfat etdi

rus-yazici-eduard-limonov-vefat-etdi
Oxunma sayı: 1025

Rus yazıçı və siyasətçi Eduard Limonov bu gün dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Şarqunov teleqram kanalında açıqlama verib.

77 yaşlı yazıçının uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Xatırladaq ki, Limonov “Bu Mənəm, Eddi” (1976), (1982), “Bir bədbəxtin gündəliyi” (1982), “Yeniyetmə Savenko” (1983) əsərləri ilə tanınıb.