Rusiya 34 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verdi

rusiya-34-yasli-azerbaycanlini-beynelxalq-axtarisa-verdi
Oxunma sayı: 2166

Rusiya 34 yaşlı azərbaycanlını İnterpol vasitəsilə axtarır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İnterpolun saytında elan yerləşdirilib.

Belə ki, axtarılan şəxs Masallı rayonunun Kolatan kəndində doğulmuş, 1986-cı il təvəllüdlü Teymur Cəfərovdur.

O, terror təşkilatının fəaliyyətində iştirak və qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirli bilinir.