Rusiya 398 ABŞ konqresmenini qara siyahıya saldı

rusiya-398-abs-konqresmenini-qara-siyahiya-saldi
Oxunma sayı: 1281

Rusiya 398 ABŞ konqresmenini qara siyahıya salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ-ın martın 24-də Dövlət Dumasının 328 deputatına qarşı tətbiq etdiyi sanksiyalarının növbəti dalğasına reaksiyadır.

Bundan əlavə, daha 87 kanadalı senator stop siyahısına daxil edilib. Rusiya XİN-nin məlumatında qeyd edilib ki, bu, hazırkı rusofobik kursun önündə getməyə çalışan Ottavanın düşmən addımlarına cavabdır.

Eyni zamanda, diplomatik departament əlavə edib ki, onlar qara siyahını daha da genişləndirməyi, eləcə də digər cavab addımlarını atmağı planlaşdırırlar.