Rusiyalı supermodel Nataliya Vodyanova “Dünya Çempionatı - 2018”in səfiri seçilib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 33 yaşlı model “İnstagram” hesabında bu vəzifəyə təyin olunduğuna görə çox şad olduğunu bildirib:
“Böyük məmnuniyyətlə “Dünya Çempionatı-2018”in səfiri olmağı qəbul etdim. Nijniy Novqorod Rusiyanın böyük və gözəl şəhərlərindən biridir. Dünyanın bütün ölkələrindən gələn qonaqların şəhərimlə tanış olacağı üçün çox sevinirəm”, - deyə Vodyanova qeyd edib.
Qeyd edək ki, model fransız sevgilisi Antuan Arnodan ikinci uşağını dünyaya gətirəcək. Bununla da Natali 5-ci dəfə ana olacaq.
O, əvvəl ingilis lord Castin Portmanla ailə həyatı qurub, 3 uşaq dünyaya gətirib.





Son xəbərlər
Son Xəbərlər