Rusiya 7 danimarkalı diplomatı ölkədən çıxarır

rusiya-7-danimarkali-diplomati-olkeden-cixarir
Oxunma sayı: 833

Rusiya Danimarka səfirliyinin yeddi diplomatını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Rusiya XİN Danimarka tərəfindəndən ötən ay 15 rusiyalı diplomatın ölkədən çıxarılmasına və Danimarkanın Ukraynaya hərbi yardım göndərilməsinə cavab olaraq belə bir qərar verib.

Nazirlik, həmçinin Danimarkanın anti-Rusiya siyasətinin ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu və Rusiyanın buna cavab olaraq əlavə addımlar atmaq hüququnu özündə saxladığını bildirib.

Nəzrin Cavadzadə