Rusiya daha 8 ölkə ilə aviaəlaqəni bərpa edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin ölkələr Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, Albaniyadır. Böyük Britaniya ilə uçuşlara qoyulan məhdudiyyət isə aradan qaldırılıb.
İyunun 2-dən etibarən Moskva-London reysi üzrə uçuşlar həftədə 3 dəfə olmaqla bərpa ediləcək.
Xatırladaq ki, Türkiyə və Tanzaniya ilə aviaəlaqəyə qoyulan qadağa iyunun 21-dək uzadılıb.
Son xəbərlər
Son Xəbərlər