Rusiya Abdolbari Goozala qızıl medal verdi

rusiya-abdolbari-goozala-qizil-medal-verdi
Oxunma sayı: 1202


Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, o, “Kuban şəhərinin inkişafına verdiyi mühüm töhfəyə görə” III dərəcəli qızıl medal, “Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə” Rusiya Federasiyasının Kənd  təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən təşəkkürnamə ilə təltif edilib. Bundan əlavə Kuban Dövlət Aqrar Universiteti və Orta məktəbinin inkişafına göstərdiyi maddi və mənəvi dəstək də Rusiya rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilib. Bu məqsədlə təşkil edilmiş təltifetmə mərasimində çıxış edən Rusiya Federasiya Şurasının üzvü Yevqeniy Vasilyeviç Qromıko “Azərsun Holdinq” Krasnodar vilayətində müxtəlif layihələr reallaşdıraraq insanların sosial-rifah hallının yaxşılaşdırılması və işlə təmin olunmasında böyük rol oynadığını bildirib və Abdolbari Goozala bütün krasnodarlılar və şəxsən RF-nın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov adından dərin minnətdarlığını bildirib. 

Rusiyalı rəsmilərə təltifə görə minnətdarlığını bildirən Abdolbari Goozal bu mərasimin 9 may faşizm üzərində qələbə gününə təsadüf etməsinə də diqqət çəkib və Rusiyayla Azərbaycanın bu qələbədə çox mühüm rol oynadığını bildirib. Müharibələrin bütün bəşəriyyata dəhşətlər yaşatdığını söyləyən şirkət rəhbəri hər kəsin bu cür hadisələrin bir daha təkrarlanmaması üçün səy göstərməli olduğunu deyib və gələcəkdə də “Azərsun Holdinq”in Rusiya Federasiyasında müxtəlif layihlərin reallaşdırılmasında iştirak edəcəyini söyləyib.