Rusiya ABŞ hərbi təyyarələrini öz sərhədlərində ələ keçirdi

Rusiya ABŞ hərbi təyyarələrini öz sərhədlərində ələ keçirdi
Oxunma sayı: 5350

Rusiyanın “Su-27” qırıcıları Qara dəniz üzərindəki Rusiya sərhədlərində iki ABŞ hərbi təyyarəsini ələ keçirib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

Sözügedən təyyarələrin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “P-8A Poseidon” patrul təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə aid “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğu bildirilib.

Mərkəzin məlumatına görə, hava əməliyyatı nəticəsində dövlət sərhədinin pozulmasına yol verilməyib.

Xatırladaq ki daha əvvəl, iyunun əvvəlində Rusiya qırıcıları ABŞ bombardmançılarını ölkənin şərq sərhədlərinə yerləşən Oxot Dənizinin neytral suları üzərindən müşayiət etmişdilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi