ABŞ sanksiya tətbiq edərsə, Rusiya dollardan imtina etmək məcburiyyətində qalacaq.
“Qafqazinfo” xəbər verir ki, belə təhdidedici bəyanatla Rusiya prezidentinin Regional İqtisadi İnteqrasiya məsələləri üzrə məsləhətçisi Sergey Qlazev çıxış edib:
“Biz digər valyutaya keçmək, öz ödəniş sistemi və hesablaşmalarımızı yaratmaq məcburiyyətində qalacağıq. Bizim şərqdə və cənubda partnyorlarımızla yaxşı iqtisadi əməkdaşlığımız var və nəinki ABŞ-dan maliyyə asılılığımızı sıfırlamaq üçün yol tapacağıq, eyni zamanda bu sanksiyalardan özümüz üçün böyük fayda ilə çıxacağıq”.
Onun sözlərinə görə, əgər ABŞ Rusiya müəssisələri və vətəndaşlarının hesablarını dondurarsa, Moskva Amerika bankları tərəfindən verilən kreditləri qaytara bilməyəcəyini elan edəcək.
Son xəbərlər
Son Xəbərlər