Rusiya ABŞ-la bağlanmış müqavilədən çıxdı - Putindən gözlənilməz qərar

rusiya-abs-la-baglanmis-muqavileden-cixdi
Oxunma sayı: 2074

Rusiya prezidenti Vladimir Putin 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanmış “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırılması haqda fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Qeyd edilib ki, fərman imzalandığı gündən qüvvəyə minir. Fərmanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin Amerika tərəfindən pozulmasından sonra “təxirəsalınmaz ölçülər götürmək məqsədilə” imzalandığı bildirilib.

XİN-in Rusiyanın müqavilədən çıxması ilə bağlı ABŞ-ı məlumatlandıracağı qeyd edilib.

Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.