Rusiya ABŞ səfirliyinin mətbuat katibini ölkədən çıxarır

rusiya-abs-sefirliyinin-metbuat-katibini-olkeden-cixarir
Oxunma sayı: 2425

Rusiya ABŞ-ın ölkədəki səfirliyinin mətbuat katibi Rebekka Rossu “persona non qrata” elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ross “RİA Novosti”yə bildirib. O deyib ki, adı sanksiya tətbiq edilənlər siyahısındadır: “Bəli, siyahıdayam”. 

Qeyd edək ki, Rossun Rusiyadan çıxarılması qərarı onun rusiyalı həmkarının ABŞ-a girişinə qadağa qoyulması ilə bağlıdır.