Rusiyaya məxsus “Su-27” tipli qırıcı təyyarə ABŞ Hərbi-Hava Qüvvələrinin Baltik dənizi üzərində uçan “RC-135” tipli kəşfiyyat təyyarəsini ələ keçirib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Amerika təyyarəsi Rusiya sərhədini keçmək istəyib.
“Hədəfin ələ keçirilməsi üçün hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr heyətindən “Su-27”qırıcısı havaya qaldırılıb. Vəzifəsini uğurla başa vurduqdan sonra təyyarə bazaya qayıdıb”, - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər