Rusiya aeroportunda insident

rusiya-aeroportunda-insident
Oxunma sayı: 1273

Titov adına Barnaul hava limanında Barnaul-Moskva reysini həyata keçirən təyyarədə insident baş verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, “Uralskie avialinii” aviaşirkətinə məxsus təyyarənin enişindən sonra 10 sərnişin pilləkəndən yıxılıb. Nəticədə, 6 nəfər yüngül xəsarət alıb, 4 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.