“Rusiya Aİ-ni qeyri-dost birlik kimi qəbul edir”

rusiya-ai-ni-qeyri-dost-birlik-kimi-qebul-edir
Oxunma sayı: 1901

“Rusiya Avropa İttifaqını qeyri-dost birlik kimi qəbul edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arquments and Facts” nəşrinə müsahibəsində deyib.

O əlavə edib ki, Qərb Ukraynaya silah verir, həmçinin ona kömək üçün təlimatçılar və muzdlular göndərir. Lavrov izah edib ki, bununla bağlı Moskva Aİ-ni qeyri-dost birlik hesab edir, özü üçün müəyyən nəticələr çıxarır.

“Avropa İttifaqı Rusiyanı itirdi. Amma bunun günahkarı özüdür. Axı məhz Aİ-nin üzvü olan dövlətlər və birliyin liderləri Rusiyaya, onların dediyi kimi, strateji məğlubiyyətə uğramağın zəruriliyini açıq şəkildə bəyan edirlər”, - XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Rusiya lazım gələrsə, istənilən düşmən addımlarına sərt cavab verməyə hazırdır.