Rusiya Aİ rəhbərliyini “qara siyahı”ya saldı

rusiya-ai-rehberliyini-qara-siyahiya-saldi
Oxunma sayı: 2675

Rusiya cavab olaraq Avropa İttifaqının ali rəhbərliyini “qara siyahı”ya salıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məhdudiyyətlər Avropa İttifaqının ali rəhbərliyinə, o cümlədən bir sıra Avropa komissarlarına və Aİ hərbi strukturlarının rəhbərlərinə, həmçinin anti-Rusiya siyasətini təbliğ edən Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətinə şamil edilir”, - deyə XİN-in məlumatında bildirilir.