Rusiya Aİ-yə qarşı ərzaq embarqosunun müddətini uzatdı

rusiya-ai-ye-qarsi-erzaq-embarqosunun-muddetini-uzatdi
Oxunma sayı: 695

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqına qarşı tətbiq edilən xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, Avropa mallarına qarşı ərzaq embarqosu “Rusiyanın təhlükəsizliyinin təmin olunması məqsədilə” 2020-ci ilin yanvarından sonuna qədər davam etdiriləcək. 

Qeyd edək ki, Avropa İttifaqı Şurası ötən həftənin sonunda Krım və Donbassla bağlı məsələyə görə Rusiyaya qarşı sanksiyaların müddətini 1 il artırıb.