Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır

rusiya-almaniyanin-40-diplomatini-olkeden-cixarir
Oxunma sayı: 1179

Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Rusiya XİN-ə çağırılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Nazirlikdə alman səfirə Almaniya tərəfindən aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması ilə bağlı narazılıq ifadə olunub.

Həmçinin səfirə Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması barədə nota təqdim olunub.