ABŞ-ın hərbi attaşesi “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsi ilə bağlı yaranmış problemlə əlaqədar nota verilmək üçün Rusiyanın Müdafiə Nazirliyinə çağrılıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib: “Rusiyanın Müdafiə Nazirliyi Amerika tərəfinə “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin bitmə müddətinədək sazişə ciddi riayət edilməsi üçün lazımi ölçülər götürməyi təklif edir”.
Konaşenkovun sözlərinə görə, Rusiya ABŞ-ı “MK-41” işəsalma qurğularını məhv etməyə çağırır. O deyib ki, ABŞ həmin qurğuları “Tomahawk” qanadlı raketlərini buraxmaq üçün hazırlayıb. Bundan başqa, ABŞ-a orta və kiçik mənzilli ballistik raketlərin analoji xarakteristikasına malik hədəf-raketlərin məhv edilməsi təklif olunub.
Son xəbərlər
Son Xəbərlər