Rusiya Antakyada baş verən zəlzələnin təsirini peykdən görüntülədi - Foto

rusiya-antakyada-bas-veren-zelzelenin-tesirini-peykden-goruntuledi
Oxunma sayı: 2718

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Türkiyənin Hatay şəhərinin Antakya rayonunda baş verən zəlzələnin təsirinin böyüklüyünü göstərən peyk görüntülərini yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Federal Kosmik Agentliyi açıqlama yayıb.

Açıqlamada, Türkiyənin cənub-şərq bölgələrində kosmosdan monitorinq aparıldığı qeyd olunub.

Bildirilib ki, Hatayın Antakya rayonundakı dağıntının miqyasını göstərən görüntülər Kanopus-V peykindən çəkilib.