“Rusiya artıq Ukraynada 30 min hərbçi itirib”

rusiya-artiq-ukraynada-30-min-herbci-itirib
Oxunma sayı: 1147

“Rusiya Ukraynada hazırda davam edən müharibə zamanı artıq 30 min hərbçi itirib”.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Məlumata görə, Ukrayna ordusu fevralın 24-dən mayın 28-nə kimi Rusiya Silahlı Qüvvələrinə məxsus 1330 tank, 628 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə sistemi, 207 təyyarə, 174 helikopter, 503 pilotsuz uçuş aparatı, 116 qanadlı raket, 13 gəmi/qayıq, 2226 avtomobil texnikası, eləcə də 48 xüsusi texnika sıradan çıxarıb.