Rusiya ATƏT PA-da iştirakını dayandırdı

rusiya-atet-pa-da-istirakini-dayandirdi
Oxunma sayı: 2456

Rusiyanın Dövlət Duması ölkənin Federal Məclisinin nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyasının işində iştirakını dayandırmasına dair bəyanat qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, sənəd ATƏT PA və BMT-yə göndərilib. 

Bununla yanaşı, Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərinin də dayandırılmasına qərar verilib.