Rəsmi Moskva Rusiyaya girişinə qadağa qoyulan Avropa İttifaqına üzv ölkələrin və institutların nümayəndələrinin siyahısını genişləndirib.
“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, ölkəyə buraxılmayacaq məmur sayı Avropa Birliyinin analoji siyahısı ilə paritet təşkil edəcək.
Rusiyanın Avropa Birliyindəki nümayəndəliyinə müvafiq nota göndərilib.
Son xəbərlər
Son Xəbərlər