Rusiya Avropa Şurasından çıxdığını elan etdi

rusiya-avropa-surasindan-cixdigini-elan-etdi
Oxunma sayı: 3077

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - o, qeyd edib.