Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar sərmayə yatırıb

rusiya-azerbaycan-iqtisadiyyatina-42-milyard-dollar-sermaye-yatirib
Oxunma sayı: 933

“2021-ci ilin nəticələrinə əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

“Rusiya tərəfinin statistikasına əsasən, 2021-ci ilin 11 ayının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,9 milyard dollar təşkil edib. Ümid var ki, 12 ayın nəticələrinə əsasən, 2019-cu ildə qeydə alınan 3 milyard dollar səviyyəsinə qayıdaq. İstənilən halda bu, onu deməyə əsas verir ki, biz pandemiyadan əvvəlki səviyyəyə qayıdırıq”, - deyə səfir söyləyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına ümumi 4,2 milyard dollar sərmayə yatırıb.

Boçarnikov, həmçinin qeyd edib ki, 2022-ci ildə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası Azərbaycanda keçiriləcək.