“Rusiya, Azərbaycan və Ermənistan əlaqələri möhkəmləndirməyə çalışmalıdır”

rusiya-azerbaycan-ve-ermenistan-elaqeleri-mohkemlendirmeye-calismalidir
Oxunma sayı: 1439

“Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşdə bildirib.

Bununla yanaşı, V. Putin ayrı-ayrı insidentlər baş versə də, Qarabağda tammiqyaslı döyüş əməliyyatlarının aparılmamasını müsbət hal kimi dəyərləndirib.

"Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik”, - deyə Putin söyləyib.

Rusiya Prezidentinin sözlərinə görə, üçtərəfli görüşün məqsədi Qarabağın dirçəlişinə lazımi şərait yaratmaqdır.