Rusiya Azərbaycana girişi qadağan etdi

rusiya-azerbaycana-girisi-qadagan-etdi
Oxunma sayı: 2794


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, buna səbəb olaraq ruslar yanlış rəsmiləşdirilmiş baytarlıq sənədlərini göstərib.

Daha əvvəl Ukrayna Rusiyaya analoji qadağanı tətbiq etmişdi. Ukrayna Rusiyaya Türkiyədən yumurtaların partiyasını idxal etməyə icazə verməmişdi.

Rusiya Ukraynadan Azərbaycana və Özbəkistana 300 min toyuq yumurtası və 30 ton süd məhsulunu buraxmayıb. Bu haqda Rosselxoznadzorun mətbuat xidməti açıqlama verib.

Bryansk və Smolensk əraziləri üzrə idarənin əməkdaşları qeyri-dəqiqliklərə və yanlış rəsmiləşdirilmiş baytarlıq sənədlərinə görə yükü saxlayıb. Yük “Troebortnoe” buraxılış (Ukrayna tərəfindən “Baçevsk”) məntəqəsində saxlanılıb. Yükləri Azərbaycana və Özbəkistana çatdırmalı idi. İdarənin inspektorları yükü Ukraynanın ərazisinə qaytarıblar.