Rusiya Azərbaycanla bağlı sazişi Dumaya təqdim etdi

rusiya-azerbaycanla-bagli-sazisi-dumaya-teqdim-etdi
Oxunma sayı: 4167

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda bildirilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müddəalara əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.