Rusiya Azərbaycanla uçuşları bu tarixdən bərpa edir

rusiya-azerbaycanla-ucuslari-bu-tarixden-berpa-edir
Oxunma sayı: 6064

Rusiya Azərbaycanla uçuşları bərpa edəcək.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən imzalanıb. Uçuşların fevralın 15-dən başlaması planlaşdırılır. Bildirilib ki, Moskva-Bakı aviareysləri həftədə 2 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, Rusiya müvafiq qərara əsasan Ermənistanla da aviareysləri bərpa edəcək. Bundan əlavə qərarda Belarusla dəmiryolu nəqliyyatının bərpası da nəzərdə tutulub.