Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlı Samir Babayevi beynəlxalq axtarışa verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat verilib.
Əslən Mingəçevirdən olan (1986-cı il təvəllüdlü) Samir Babayevin terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunduğu qeyd olunub. Rusiya hüquq-mühafizə orqanları onun beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət göndərib.
Son xəbərlər
Son Xəbərlər