“Rusiya Azov dənizini zəbt edib” - Poroşenko

rusiya-azov-denizini-zebt-edib
Oxunma sayı: 2097

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Azov dənizini Ukrayna ərazisi adlandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Poroşenko Ukrayna hökumətini bu məsələ ilə bağlı hərəkətsizlikdə günahlandırıb:

“Bu ərazi Ukraynanındır. Rusiya oranı zəbt edib. Ukrayna hökumətinin gördüyü iş hanı? Bu zəbtetməyə tətbiq etdiyi sanksiya hanı? Zelenski suveren ərazinin zəbt edilməsindən başqa hər şeyi şərh edir”.

Xatırladaq ki, Rusiya aprelin 24-dən oktyabrın 31-dək Qara dənizin üç bölgəsində xarici hərbi gəmilər və digər dövlət gəmiləri üçün hərəkəti dayandırır. Bu qərar Kerç boğazından hərəkətə aid edilməyib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays qadağanın Ukraynanın Azov dənizindəki limanlarının işinə mane olacağını bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Rusiyanın qərarının beynəlxalq müqavilələrə uyğun olduğunu deyib və Moskvanın ticarət gəmiçiliyinə və Ukrayna limanlarından istifadəsinə heç bir məhdudiyyət qoymadığına diqqət çəkib.