Rusiya “Azovstal”da humanitar dəhliz açdı

rusiya-azovstalda-humanitar-dehliz-acdi
Oxunma sayı: 2491

Ukraynanın Mariupol şəhərində “Azovstal” metallurgiya kombinatı ərazisində olan ukraynalı hərbçilər ilə danışıqlar nəticəsində yaralıların təxliyə edilməsi ilə bağlı razılıq əldə olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, hazırda kombinat ərazisində sükut rejimi elan olunub və humanitar dəhliz açılıb.