Rusiya Bakı ilə İrəvana çağırış etdi

rusiya-baki-ile-irevana-cagiris-etdi
Oxunma sayı: 3735

“Rusiya İrəvanla Bakı arasındakı münasibətlərdə yaranan mənfi tendensiyalardan narahatdır”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

“Biz Ermənistan və Azərbaycanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birlikdə axtarmağa çağırırıq. Biz bu prosesə hər cür dəstəyimizi nümayiş etdirəcəyik”, - deyə Zaxarova qeyd edib.