Rusiya Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir

rusiya-baki-ve-irevan-arasinda-sulh-muqavilesinin-imzalanmasini-destekleyir
Oxunma sayı: 1560

“Biz Bakı və İrəvanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün hazır olmasını alqışlayırıq”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında danışıqlar prosesinə hər cür töhfə vermək niyyətini bir daha təsdiq edir.

Zaxarova bununla belə qeyd edib ki, sülh müqaviləsinin imzalanması tarixindən danışmaq hələ tezdir.