Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” bu gündən etibarən Azərbaycana müntəzəm uçuşları bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.
Bildirilir ki, bu gün ərzində Moskvadan Bakıya iki aviareys həyata keçiriləcək. Təyyarələr Bakı vaxtı ilə 12:00 və 14:25-də Azərbaycan paytaxtına yola düşəcəklər.
Növbəti günlər də uçuşlar baş tutacaq.
Qeyd edək ki, aviaşirkət martın 8-dən Bakı da daxil olmaqla, bütün beynəlxalq reysləri dayandırmışdı.
Son xəbərlər
Son Xəbərlər