Rusiya ballistik raketini sınaqdan keçirdi - Video

rusiya-ballistik-raketini-sinaqdan-kecirdi
Oxunma sayı: 2810

Rusiya “Sarmat” qitələrarası ballistik raketinin ilk buraxılışı Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Moskva vaxtı ilə saat 15:12-də Arxangelsk vilayətindəki Plesetsk dövlət sınaq kosmodromunda “Sarmat” stasionar qitələrarası ballistik raketi silos buraxıcıdan uğurla buraxılıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya Prezidenti Vladimir Putin hərbçiləri “Sarmat” qitələrarası ballistik raketinin uğurlu sınağı münasibətilə təbrik edib.

Qeyd edək ki, “Sarmat” Rusiya Dövlət Raket Mərkəzində (“Roskosmos”un bir hissəsi) hazırlanıb, istehsalçısı “Krasmash” zavodudur.