Rusiya baş hərbi prokuroru Bakıda

Rusiya baş hərbi prokuroru Bakıda
Oxunma sayı: 1196

Rusiya Federasiyası Baş prokurorunun müavini-Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, səfər çərçivəsində Azərbaycan Hərbi Prokurorluğunda Rusiya Federasiyasının Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi görüş keçirilib.

Hər iki dövlətin Hərbi Prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə Brifinq keçirilib. Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, ölkələrimizin Prokurorluq orqanları arasında olan işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulamaqla, rəhbərlik etdiyi nümayəndə heyətinin 04-07 iyun 2018-ci il tarixlərdə Rusiya Federasiyasına səfərini məmnunluqla xatırlayaraq, orada göstərilmiş yüksək qonaqpərvərliyə, səmimi və doğma münasibətə görə Baş hərbi prokuror V.G.Petrova bir daha minnətdarlığını bildirib. 

Daha sonra, hər iki dövlətin Hərbi Prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar müxtəlif mövzularda-“iki dövlətin hərbi-hüquq orqanları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı” sərlövhəli, “Peşəkar dialoqun davam etdirilməsi və kadrların hazırlığı sahəsində təcrübənin mübadiləsi” sərlövhəli, “Koorupsiya ilə mübarizə və onun qarşısının alınması istiqamətində görülən işlər” sərlövhəli və “Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təşkili” sərlövhəli çıxışlar edilmiş, nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə verdikləri qarşılıqlı suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi