Rusiya Baş Qərargah rəisinin müavini evində saxlanıldı

rusiya-bas-qerargah-reisinin-muavini-evinde-saxlanildi
Oxunma sayı: 2731

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Xəlil Arslanov Moskvada saxlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “İnterfaks”a məlumatlı mənbə məlumat verib.

Yüksək rütbəli hərbi zabit 6,8 milyard rubl dəyərində dələduzluq cinayət işində iki epizodda ittiham olunur.

X.Arslanov evində saxlanılıb və ifadə vermək üçün Baş Hərbi İstintaq İdarəsinə aparılıb. Bundan sonra general-polkovnik 235-ci qarnizon hərbi məhkəməsinə  çatdırılıb.

Məhkəmədə onun iki ay müddətinə həbs olunması barədə vəsatətə baxılacaq.