Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiyanın MOİK, “Zenit” və UNIKS basketbol klubları Avroliqadan, “Lokomotiv-Kuban” isə avrokubokdan kənarlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “basketnews.com” məlumat yayıb.
Basketbol təşkilatları Rusiya klublarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bildirilib ki, ruslar Ukrayna ilə mübarizəni davam etdirsələr, onların nəticələri də ləğv ediləcək.
Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Bundan başqa, Avropa Həndbol Federasiyası (EHF) da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.
Son xəbərlər
Son Xəbərlər