Rusiya Baydenin xanımı və qızına qarşı sanksiya tətbiq etdi

rusiya-baydenin-xanimi-ve-qizina-qarsi-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1610

Rusiya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden və qızı Eşli Baydenə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, Rusiya ABŞ tərəfindən rusiyalı siyasətçilərə və ictimai xadimlərə qarşı daim genişlənən sanksiyalara cavab olaraq bu addımı atıb.