“Müttəfiq qətiyyət-2022” Rusiya-Belarus birgə hərbi təlimləri başlayıb.
“Qafqazinfo” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər Belarus poliqonlarında, həmçinin ölkənin müxtəlif ərazilərində keçirilir.
Təlimə cəlb olunan hərbçilər silahlı dəstələrin ölkəyə daxil olmasının qarşısını almaq üçün dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tədbirlər həyata keçirəcəklər.
Təlim fevralın 20-nə qədər davam edəcək.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Rusiya hərbçilərinin birgə təlimlərdə iştiraka hazırlığına nəzarət etmək üçün dünən Belarusa səfər edib.
Son xəbərlər
Son Xəbərlər